Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yasamalda mağazadan qol saatları oğurlayan 2 nəfər tutulub

14 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yasamalda mağazadan qol saatları oğurlayan 2 nəfər tutulub

Press.A
z xəbər verir ki, dekabrın 11-nə keçən gecə Yasamal rayonu ərazisindəki mağazdan oğurluq edilməsi barədə DİN-in “102” Zəng Mərkəzinə müraciət daxil olub.

Məlumatla əlaqədar Yasamal RPİ 27-ci polis bölməsinin əməkdaşları tərəfindən İnşaatçılar prospektində yerləşən mağazadan 12000 manat dəyərində 3 ədəd “Rado” markalı qol saatının oğurlandığı müəyyən edilib.

Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 27-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri A.Abdullayev və T.Qurbanov saxlanılıblar.

Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI