Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Fövqəladə hallar nazirinin müavini yanğının baş verdiyi əraziyə gəlib - FOTO

14 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fövqəladə hallar nazirinin müavini Bakıda yanğının baş verdiyi əraziyə gəlib.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir.

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı"nın arxasındakı köhnə hamamda) baş vermiş yanğının söndürülməsi üçün 17 yanğın söndürən maşını cəlb olunub.

Bunu isə jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib.

Qeyd edək ki, yanğınla əlaqədar hadisə yerinə 5 təcili tibbi yardım maşını cəlb olunub. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir.

Hazırda yanğın baş verən ərazidə tüstülənmənin qarşısı alınır.

Report

Oxşar xəbərlər
OTACI