Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Facebook”un 29 min əməkdaşının şəxsi məlumatı oğurlanıb

14 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Facebook”un əməkdaşının avtomobilindən sosial şəbəkənin 29 min işçisinin bank hesabı, sosial sığortalarının son dörd rəqəmi, maaş və bonusları haqqında, eləcə də digər şəxsi məlumatlar saxlanılan sərt disklər oğurlanıb.

Press.az xəbr verir ki, bu barədə “Bloomberg” yazır.

Qeyd edilir ki, sərt disklər şifrələnməmişdilər. 

Şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, oğurlanan disklərdə sosial şəbəkənin istifadəçilərinin şəxsi məlumatları olmayıb.

Hüquq-mühafizə orqanları məlumatların oğurlanması hadisəsini araşdırır. 

Şirkətin mətbuat xidmətindən bildirilib ki, oğurluğun məqsədi məhz “Facebook”un əməkdaşları haqqında məlumatları ələ keçirmək olmayb.

Avtomobil hələ noyabrın 17-də qarət olunsa da, sərt disklərin itməsi üç gündən sonra - noyabrın 20-də aşkar edilib. “Facebook” yalnız dekabrın 13-də zərər çəkmiş əməkdaşları xəbərdar etməyə başlayıb

Oxşar xəbərlər
OTACI