Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanlı paralimpiyaçılar arasında "Seni Cup" Azərbaycan çempionatı keçirilib.

13 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

80-dən çox fiziki məhdudiyyətli idmançının qatıldığı yarış Bakı İdman Sarayında baş tutub. Finalın nəticələrinə uyğun olaraq boccia üzrə Azərbaycan milli komandasının heyəti formalaşıb.

Qeyd edək ki, boccia idman növü 1984-cü ildən Paralimpiya Oyunlarına daxil edilib və 20 il ərzində, populyarlıq qazanaraq, 50 ölkədə tətbiq olunur və sürətlə inkişaf edir. İdmanın bu növü ilə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan insanlar məşğul ola bilərlər.

Azərbaycanda Boccia idman növü 5 il öncə fəaliyyətə başlayıb. 2018-ci ildə isə bu idman növü üzrə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə milli federasiya yaradılıb. Ötən bir il ərzində idmançılarımız bir sıra beynəlxalq yarışlarda iştirak edərək uğurlu nəticələr əldə ediblər.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI