Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda kafenin qarşısında tanışını bıçaqlayan şəxsə hökm oxunub

12 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Eldar Orduxanovun (1993-cü il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair  cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Press.Az xəbər verir ki, bu il aprelin 28-i gecə saat 2 radələrində Nizami rayonu, M.Əliyev küçəsində yerləşən kafenin qarşısında Eldar Orduxanov aralarında yaranmış mübahisə zamanı Nicat Alıxanova (1988-ci il təv.) bıçaqla zərbələr vurub. Nəticədə zərərçəkmiş qarın nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və həyatı xilas edilib. Cinayəti törədən şəxs Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesindı çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini xahiş edib. 

Məhkəmənin hökmü ilə E.Orduxanov 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Oxşar xəbərlər
OTACI