Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mariya Zaxarova: "Rusiya Qarabağ münaqişəsinin həlli üzrə dialoqun davam etdirilməsinə yardım edəcək"

12 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Rusiya vasitəçi xarakterli müvafiq beynəlxalq funksiyaları yerinə yetirən ölkə olaraq Azərbaycanla Ermənistan arasında uzun müddətdir davam edən münaqişənin və münaqişəli vəziyyətin həlli xeyrinə dialoqun davam etdirilməsi üçün əlindən gələn yardımı edəcək".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bratislavadakı danışıqlardan sonra Azərbaycan və Ermənistanın yaydığı bəyanatlardakı fərqli mövqeləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqelərdəki fərq göz qabağındadır, əks halda, danışıqlar prosesi olmazdı: "Dialoqun konstruktiv şəkildə davam etməsi və tərəflərin qarşılıqlı məqbul həll yolu tapması üçün hər şeyi edəcəyik".

Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana bu yaxınlarda etdiyi səfəri şərh edən M.Zaxarova danışıqlardakı ab-havanın konstruktiv olduğunu vurğulayıb.

Report

Oxşar xəbərlər
OTACI