logo
First slide

YAP icra katibinin müavini: "Milli Şura özünün zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir"

12 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərbaycanda 50-dən artıq siyasi partiya var və bunların 40-dan çoxu parlament seçkilərində iştirak edəcək".

Bunu YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycanda qeyri-hökumət təşkilatları, mətbuat nümayəndələri, yaradıcı insanlar, incəsənət xadimləri da seçkilərdə iştirak edəcəkləri ilə bağlı bəyanat veriblər:

"Xüsusilə də gənclər, o cümlədən xaricdə təhsil alıb gələn gənclər bu işə böyük həvəs göstərirlər. Yəni namizədliklərini irəli sürmək üçün çoxlu şəxslər var".

"Milli Şura cəmiyyətə yanlış informasiya sırımaq istəyir ki, guya seçkidə iştirak etməsələr, seçki qeyri-demokratik olacaq. Dünyanın heç bir yerində, beynəlxalq hüquq normasında, Azərbaycan Konstitusiyasında, Seçki Məcəlləsində elə bir müddəa yoxdur ki, hansı təşkilat iştirak etdi və ya etmədi. Söhbət alternativlikdən gedir. Yəni bir yerə iki namizəd varsa, artıq burada alternativlik təmin olunub və orada seçki keçirmək mümkündür. Ona görə də kimin iştirak edib-etməməsi hər kəsin öz hüququdur. O ki, qaldı Milli Şuraya, onların qaldırdığı məsələlərin hər biri Seçki Məcəlləsində var. Milli Şura getsin Seçki Məcəlləsini diqqətlə oxusun. Onlar ya Seçki Məcəlləsini düzgün oxumayıblar, ya da oxuyub düzgün təqdim etmirlər və insanları aldatmağa çalışıb seçkilərin üzərinə kölgə salmaq istəyirlər. Halbuki onların sosial bazası, elektoratı yoxdur və bilirlər ki, seçilməyəcəklər. Çünki xalq onlara etimad göstərməyəcək və irəli sürməyə namizədləri yoxdur. Bu baxımdan, seçki prosesinin üzərinə kölgə salmaq, özlərinin zəifliklərini ört-basdır etmək üçün seçkiyə getmək istəmirlər", - S.Novruzov qeyd edib.

Report

Oxşar xəbərlər