Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xaçmazda həmyerlisini öldürən şəxsin məhkəməsi başlayıb

12 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini Əhməd Yaqubovun CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Press.Az xəbər verir ki, bu il aprelin 6-ı saat 21 radələrində Xaçmaz şəhəri ərazisindən, şəhər sakini Etibar Cavadovun (1993-cü il təv.) kəsilmiş-deşilmiş xəsarətlə Mərkəzi rayon xəstəxanasına gətirilməsi və orada ölməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəhər sakini Ə.Yaqubov saxlanılıb. Mərhum Etibar Cavadov üç uşaq atası olub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Baxış dekabrın 13-nə təyin edilib.

Oxşar xəbərlər
OTACI