Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu gün Kiyevdə GUAM dövlət başçılarının sammiti keçiriləcək

12 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Ukraynanın paytaxtı Kiyevdə Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) hökumət başçılarının sammiti keçiriləcək.

Görüşün əsas mövzusu ticarət və nəqliyyata yardım üzrə GUAM-ın əsas layihələrinin həyata keçirilməsində dövlət-özəl sektor tərəfdaşlığı olacaq.

Sammitdə Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini Əli Əhmədov rəhbərlik edəcək.

Görüşün yekununda protokol sənədlərinin imzalanması gözlənilir.

Xatırladaq ki, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın yaradılması haqqında bəyannamə və onun Nizamnaməsi 2005-ci ildə imzalanıb.

Report

Oxşar xəbərlər
OTACI