Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ronaldo onunla şəkil çəkdirmək istəyən azarkeşə əsəbiləşdi - Video

12 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çempionlar Liqasının qrup mərhələsinin son turunda keçirilən "Bayer" (Leverkuzen) - "Yuventus" oyunundan sonra maraqlı hadisə baş verib.

Press.az xəbər verir ki, matç bitən kimi meydana daxil olan bir azarkeş Turin klubunun futbolçusu Ronaldonun yanına qaçaraq, onunla şəkil çəkdirmək istəyib. Ancaq fanatın onu qəfildən boynundan tutaraq özünə tərəf dartması portuqaliyalı hücumçunu əsəbiləşdirib. Həmin şəxslə şəkil çəkdirməyən 34 yaşlı oyunçu narazı halda əllərini yelləyib və azarkeşə qışqırıb. Bundan sonra təhlükəsizlik işçiləri fanatı meydançadan uzaqlaşdırıblar.

Qeyd edək ki, "Yuventus"un 2:0 hesabı ilə qalib gəldiyi matçda qollardan birini Ronaldo vurub.

Xatırladaq ki, Portuqaliya millisinin üzvü çox vaxt onunla şəkil çəkdirmək istəyən azarkeşlərin istəyini yerinə yetirir.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI