Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“EuroHome” sahibkarlarına ödəniləcək kompensasiyanın məbləği araşdırmalardan sonra müəyyənləşəcək

11 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“EuroHome” ticarət mərkəzində baş vermiş yanğına görə sahibkarlar tərəfindən Bakı-Sumqayıt yolunda hərəkətin dayandırılması ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısı “EuroHome” ticarət mərkəzinin rəhbəri ilə birlikdə yanğından ziyan çəkmiş sahibkarlarla hadisə yerində görüşüb.

Görüş zamanı Rayon İcra Hakimiyyəti başçısına “EuroHome” ticarət mərkəzinin rəhbəri tərəfindən sahibkarlara dəymiş ziyan barəsində müvafiq araşdırma aparıldığı barədə məlumat verilib.

Dəymiş ziyan müəyyən edildikdən sonra, vətəndaşlarla “EuroHome” tikinti materialları bazarının rəhbərliyi tərəfindən ödəniləcək kompensasiya şərtləri müzakirə ediləcək.

Qeyd edək ki, baş vermiş yanğın, ümumilikdə, 21.000 kv.m sahəni əhatə edib.

Report

Oxşar xəbərlər
OTACI