Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb

10 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İordaniya Haşimilər Krallığının Kralı II Abdullah ibn Al Hüseynin Azərbaycan Respublikasına rəsmi səfəri dekabrın 10-da başa çatıb.

Press.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda İordaniya Kralının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İordaniya Kralı II Abdullahı hava limanında Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Xarici İşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.

Oxşar xəbərlər
OTACI