Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tikinti materialları bazarındakı yanğının söndürülməsinə dəmir yolunun iki yanğınsöndürmə qatarı da cəlb olunub

10 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ekologiya postu” kimi tanınan ərazidə “EuroHome” tikinti materialları bazarında yanğın davam edir. Yanğının söndürülməsi üçün əraziyə FHN-in helikopterləri cəlb edilib.

Yanğının söndürülməsinə kömək məqsədi ilə dəmir yolunun iki yanğınsöndürmə qatarı da hadisə yerinə yollanıb.

Press.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən məlumat verilib.

Qatarlardan biri hazırda Biləcəri-Xırdalan mənzilindədir. İkinci yanğınsöndürmə qatarı H.Z.Tağıyev-çeşidləmə stansiyasından gətirilir.

Yanğının söndürülməsində su çatışmazlığı yaranacağı təqdirdə yanğınsöndürmə qatarındakı dolu çən vaqonlarındakı sudan istifadə olunacaq.

Oxşar xəbərlər
OTACI