Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“EuroHome”dakı yanğında 2 nəfər tüstüdən zəhərlənib, 1 nəfər xəsarət alıb - YENİLƏNİB

10 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı əlavə məlumat yayıb.

Nazirlikdən Press.az-a bildirilib ki, saat 10:45-ə olan məlumata görə 6 nəfərə yerində yardım göstərilib, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, 1 nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.

*** 09:59

Səhiyyə Nazirliyi “EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı yeni məlumat yayıb.

Nazirlikdən Press.az-a  bildirilib ki, hadisə yerinə artıq 5 briqada cəlb olunub.

Saat 09:50-yə olan məlumata görə, 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib.

*** 09:28

Səhiyyə Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Press.az-a verilən məlumata görə, Ekologiya postu kimi tanınan ərazidə tikinti materialları bazarına çağırış saat 08:18-də daxil olub.

Hadisə yerinə 4 Təcili Tibbi Yardım briqadası yollanıb. Saat 09:15 üçün Təcili Tibbi yardım briqadalarına bir sahibkar müraciət edib. Ona yerində yardım göstərilib. 

Oxşar xəbərlər
OTACI