Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda tikinti materialları bazarı yanır, hadisə yerinə helikopterlər cəlb olunub - FOTO - VİDEO - YENİLƏNİB

10 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri və 3 helikopteri cəlb olunub.

Press.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Əlavə məlumat veriləcək.

*** 09:29

“EuroHome” tikinti materialları bazarı ərazisində başlayan yanğınla bağlı Fövqəladə Hallar Nazirliyində (FHN) "Çağırış 3" elan olunub.

FHN-dən Press.az-a bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

*** 09:11

Bakıda tikinti materialları bazarında güclü yanğın başlayıb.

Press.az xəbər verir ki, Binəqədi rayon ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarı yanır.

Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Oxşar xəbərlər
OTACI