Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyaya şok qadağa: Olimpiada və dünya çempionatında iştirak edə bilməyəcək

09 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya dopinq laboratoriyası məlumatlarını manipulyasiya etməsi ittihamlarına görə dörd illik qadağa ilə üzləşib.

Press.az xəbər verir ki, bu barədə qərar İsveçrənin Lozanna şəhərində keçirilmiş Dünya Anti-Dopinq Agentliyinin (WADA) iclasında qərar çıxarılıb.

Bu üzdən Rusiya idmançılarının 2020 Tokio Yay Olimpiya Oyunları, 2022 Pekin Qış Olimpiadası, həmçinin 2020-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında iştirakı əlindən alınıb. Rusiyanın idman naziri Pavel Kolobkov bu məsələyə şərh vermək istəməyib.

WADA-nın qərarına baxmayaraq, bu qadağa AVRO-2020-nin ev sahiblərindən olan Rusiyanın yarışda iştirakını məhdudlaşdırmayacaq.

Qeyd edək ki, Rusiya Anti-Dopinq Agentliyi (RusADA) bu ilin əvvəlində dopinq test məlumatlarının təhrif olunmasında günahlandırılıb. RusADA-nın rəhbəri Yuri Qandus da təsdiqləyib ki, kimsə laboratoriyadakı dopinq test nəticələrini dəyişdirib və ya ləğv edib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI