Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yağış fəsadsız ötüşmədi - Sabunçuda evlər su altında qaldı - VİDEO

09 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Elə ki, yağış yağdı, Bakı yenə ənənəvi problemlərlə üz-üzə qalır. Aramsız yağış bu dəfə də paytaxtın müxtəlif yerlərində gölməçələr yaradıb, onlarla ev, həyətyanı sahə su altında qalıb.

Görüntülər Sabunçu rayonu Ramanı qəsəbəsi Əliağa Vahid küçəsindəndir.

Press.az-ın məlumatına görə, Baku.Tv-nin "Xəbər" buraxılışında yayımlanan sujetdə qeyd olunub ki, ötən gündən başlayan yağış buradakı ənənəvi problemləri yenidən ortaya çıxarıb. Burda olan əksər evləri su basıb, bəzi sakinlər isə hətta azyaşlı uşaqlarını qohumlarının evlərinə göndərməyə məcbur olublar.

Sakinlər bildirir ki, hər dəfə yağış yağanda bu cür əziyyət çəkməli olurlar.“Həyətə çıxa bilmirik uşaqlarımız məktəbə gedə bilmirlər.

Artıq 10 ildir biz bu vəziyyətdəyik. Nə qədər davam edəcək axı bu zülüm?!”, - deyə sakinlərdən biri gileylənib.Sakinlər yaşayış evlərindəki vəziyyətlə bağlı dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb:

“Aidiyyatı qurumların hər birinə demişik. Heç kim bizlə maraqlanmır”.
“Fövqəladə hallara deyirik, deyir evdə adam qalıbsa gəlib çıxaraq”.
"Azərsuya deyirik, deyir şirin su problemi olsaydı biz baxardıq”.

Ramanı qəsəbə nümayəndəsi isə hazırkı vəziyyətdə sakinlərə heç bir kömək edə bilməyəcəklərini bildirdi.Qəsəbə nümayəndəsi Məhəmməd Əsədov qeyd edib ki, hazırki vəziyyətdə heç bir köməklik edə bilmirlər: "Bizim nasosumuz da yoxdur. Biz də öz növbəmizdə aidiyyatı üzrə məsul qurumlara məlumat vermişik".Görünən odur ki, məsul qurumların problemə laqeyd münasibəti nəticəsində sakinlər hələ bir müddət də bataqlıq adlandırdıqları bu ərazidə yerləşən evlərində nasosla su çəkməli olacaqlar

Oxşar xəbərlər
OTACI