Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İnternetdə pul bonusu vəd edən yalançı elan və ismarıcların sayı artıb

09 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İnternetdə skam, yəni böyük pul bonusu vəd edən yalançı elan və ismarıcların sayı 2019-cu ildə xeyli artıb.

Press.az-ın “KasperskyLab”ın məlumatına istinadən xəbər verir ki, qarşısı alınan skama keçmək cəhdlərinin sayı 2018-ci ilə nisbətən 13 dəfə çoxdur.

Skam əsas etibarilə iri şirkətlərin keçirdiyi müxtəlif aksiyalarda, rəy sorğusunda iştirak etməyə görə bonus, yaxud sosial müavinət vədi şəklində göndərilir. Qondarma məbləği almaq üçün komisyon haqqı ödəmək təklif olunur və beləliklə istifadəçinin hesab nömrələri dələduzların əlinə keçir.

Cari ildə bu cür dələduzlar e-posta ilə yanaşı, sosial şəbəkələrdən, bloqlardan, video-servislərindən də istifadə etməyə başlayıblar.

Oxşar xəbərlər
OTACI