Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dövlət Məşğulluq Xidməti ötən həftə 23 rayonda gənclər üçün təlimlər keçirib

09 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işsiz və işaxtaran gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi və bu məqsədlə onlara müasir iş axtarışı bacarıqlarının aşılanması üçün təlimləri davam etdirir.

Nazirlikdən Press.az-a veriln məlumata göə, xidmət ötən həftə 23 rayonda bu istiqamətdə təlimlər təşkil edib.

Təlimlərə 400-ə yaxın gənc cəlb olunub. Onlara karyera planlaması, komandanın qurulması, öz işgüzar keyfiyyətlərini, peşə və ixtisas bacarıqlarını işəgötürənə düzgün təqdimat etmək, müsahibəyə hazırlıq, CV, rezume yazılması, işə daxil olmaq üçün müsahibə mərhələsindən keçmək və digər sahələr üzrə nəzəri və praktik biliklər öyrədilib.

İlin sonuna kimi davam edəcək təlimlər respublikamızın bütün şəhər və rayonlarını əhatə edəcək.

Oxşar xəbərlər
OTACI