Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Daha bir erməni təxribatı: Türkiyənin 20 şəhərinə göz dikdilər

09 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın “Western Armenian TV” telekanalının hava çirkliliyi ilə bağlı xəbər hazırladığı İğdırı Ermənistan şəhəri kimi təqdim etməsi Türkiyə ictimaiyyəti və qeyri-hökumət təşkilatlarının kəskin narazılığına səbəb olub.

Press.az “Hürriyet” xəbər verir ki, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri sədrinin müavini Sərdar Ünsal televiziyanın efirində “Qərbi Ermənistanın İğdır şəhəri” ifadəsinə yer verildiyini bildirərək, “ermənilərin gözü hələ də türk torpaqlarındadır” fikrini səsləndirib.

“Qərbi Ermənistanın İğdır şəhəri” ifadələrinin işlədilməsini anlamaq mümkün deyil. İğdır əsl türk şəhəridir. İğdırın Qərbi Ermənistan şəhəri olması mümkün deyil. Türk düşməni olan ermənilər hər fürsətdə xəyallarını ortaya qoyurlar. Bu da onu göstərir ki, ermənilərin gözü illərdir türk torpaqlarındadır.

Hazırda yaşadıqları Yerevan belə türk yurdudur, Qərbi Azərbaycanın bir parçasıdır. Türk düşmənlikləri sayəsində ermənilər Ermənistandakı türk əhalisini yox edib, bir qismini ölkədən qovub. İndi də imperialist yalan olan qondarma soyqırım bəhanəsi ilə Türkiyədən torpaq, tanınma, təzminat almaq arxasınca qaçırlar. Bu çərçivədə təbliğat aparmağa başlayıb, türkcə televiziya qurublar” , - Sərdar Ünsal bildirib.

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübazirə Dərnəyinin (ASİMDER) sədri Göksəl Gülbəy isə xəbərin hazırlandığı erməni televiziyasına fransızların da dəstək verdiyini vurğulayıb.

Sadəcə, İğdır deyil, 20 mahalı göstərirlər

ASİMDER sədri Göksəl Gülbəy televiziyanın yayımına icazə verən Ermənistanın türk torpaqları üzərindəki tələbini bir daha gündəmə gətirməyə çalışdığını qeyd edib:

“Qondarma Qərbi Ermənistan”da yayımlanan bir televiziya kanalının İğdırı Ermənistan şəhəri kimi göstərməsi və yaxın vaxtlarda Fransada “qondarma Qərbi Ermənistan” hökumətinin qurulduğunun açıqlanması, hətta internet vasitəsilə 40 dollar qarşılığında vətəndaşlıq verildiyinin elan edilməsi qəbuledilməzdir.

Avropada yaşayan və 1915-ci ildə Osmanlı İmperatorluğu dönəmində köçürülən erməni ailələrin nəvələrinin başlatdığı bu hərəkat Fransa və Ermənistan tərəfindən də dəstəklənməkdədir. İğdır və 20-ə yaxın Şərqi Anadolu və cənub-şərq şəhərlərimizi “qondarma Qərbi Ermənistan” dövləti şəhərləri kimi göstərən bir televiziya kanalının yayımına icazə verən Ermənistan dövləti Türkiyə torpaqları üzərindəki haqq tələbini qəti şəkildə ortaya qoymuşdur. Qonşu bir ölkənin torpaqlarına göz dikmək açıq şəkildə savaş elan etməkdir”.

Ermənistana nota verilməlidir

Gülbəy, həmçinin, yayımlar səbəbilə Türkiyə Xarici İşlər Nazirliyinin Ermənistana nota verməli olduğunu qeyd edib:

“Günlərdir yayım aparan bu qondarma Qərbi Ermənistan dövlət televiziyasının proqram yayımı dayandırılmalı və ya əngəllənməlidir. ASİMDER sədri kimi bu qondarma Qərbi Ermənistan dövlət televiziyasını və buna dəstək verən Fransa və Ermənistan dövlətlərini şiddətlə qınayırıq”.

Oxşar xəbərlər
OTACI