Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəlilabadda icra nümayəndəsi yol qəzası törədib, ölən və yaralanan var

08 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Hadisə Cəlilabad-Bayxanlı yolunda qeydə alınıb.

Rayonun Adnalı kənd sakini Şirəliyev Məmmədbağır Məhəmmədhüseyn oğlunun idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü və onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb. X.Şirəliyeva aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, sürücü M.Şirəliyev Cəlilabad rayonu Adnalı kəndinin icra nümayəndəsi vəzifəsində çalışır.

Faktla bağlı araşdırma aparılır.

Report

Oxşar xəbərlər
OTACI