Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məzahir Pənahov: "Növbədənkənar parlament seçkilərinin təqvim planı hazırdır və bu gün təsdiqlənəcək”

07 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı təsdiq ediləcək”.

Press.az Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, təqvim planı artıq hazırdır: “Təqvim planı layihəsi mənim əlimdədir. Burada bütün məqam və müddəalar tam göstərilib. Hesab edirəm ki, dekabrın 8-də bizim təqvim planı dövri nəşrlərdə dərc olunduqdan sonra artıq rəsmi status alacaq. Bundan sonra da bütün fəaliyyətlər sistemli şəkildə həyata keçiriləcək”.

Oxşar xəbərlər
OTACI