Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabunçuda piyadanı öldürüb, qaçan avtobus sürücüsünün məhkəməsi başlayıb

05 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Ağır Cinayətlər Məhkəməsində Sərxan Səfərovun CM-nin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair 
cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

Press.Az
xəbər verir ki, bu il avqustun 11-də Ə.Bağırov küçəsində 204 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu 17 yaşlı Fatimə Vəliyevanı vurub. 
Həkimlərin səyinə baxmayaraq, zərərçəkmiş 3 saylı şəhər klinik xəstəxanasında vəfat edib. 

Avtobusu idarə edən Sərxan Səforv Sabunçu RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.

Hazırlıq iclasında dövlət ittihamçısı cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəyib.

Məhkəmə iclası dekabrın 12-də davam edəcək.

Oxşar xəbərlər
OTACI