Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ATƏT PA prezidenti: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nikbin işarə görmək istərdik"

05 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha çox nikbin işarə görmək istərdik”.

Press.az Report-a istinadən xəbər verir ki, bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən 26-cı iclasında ATƏT-in Parlament Asambleyasının (ATƏT PA) prezidenti Georgi Tsereteli deyib.

O bildirib ki, ATƏT məkanında yaşayan əhali siyasətçilərdən münaqişələrin həllini gözləyir.

G.Tsereteli xalqların rifahı və təhlükəsizliyinin təmin olunmasında ATƏT-in əhəmiyyətli rolunu da diqqətə çatdırıb: “İnsanlar gündəlik həyatlarının yaxşılaşmasına layiqdirlər. Onlar təhlükəsizliklərinin artırılmasına, daha layiqli gələcəyin təmin olunmasına ümid bəsləyirlər”.

Oxşar xəbərlər
OTACI