Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

BDU-nun xəstəxanaya yerləşdirilən tələbələri evə BURAXILDI

05 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Səhhətində problem yarandığından Klinik Tibbi Mərkəzə yerləşdirilən tələbələr evə buraxılıb.

Bu barədə Səhiyyə nazirliyindən Press.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, qastroenterit (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) diaqnozu ilə Kliniki Tibbi Mərkəzə çatdırılan iki tələbə qızın müalicəsi başa çatıb. Bu gün onlar evə buraxılıblar.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin tələbəsi olan iki qız dekabrın 3-də xəstəxanaya yerləşdirilib. Qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabı olub.

Oxşar xəbərlər
OTACI