Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yola çıxanda buna diqqət edin, yoxsa... VİDEO

05 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bəzən sürücülər köməkçi yoldan əsas yola çıxan zaman diqqətsiz olurlar. Bu da çox zaman qəzalara səbəb olur. Odur ki, yola çıxan zaman hərəkət istiqamətindən gələn nəqliyyat vasitələrini buraxmaq, yolun tam boş olduğuna əmin olduqdan sonra hərəkətə başlamaq lazımdır. Yaxud da nəqliyyat vasitəsi o qədər uzaq məsafədə olmalıdır ki, yola çıxmaq, zolaq üzrə hərəkət sürətini almaq üçün zaman olsun.

Avtosfer.az-ın təqdim etdiyi videoda VAZ 2107 markalı avtomobilin sürücüsü digər nəqliyyat vasitəsinin gəldiyini gördüyü halda yola çıxır.

Təbii ki, sürücünün əyləci basmasına səbəb olur. Bu halda digər sürücü ya zolağı dəyişməli, ya da əyləci basmalıdır. Hər iki halda isə müvafiq olaraq soldan və arxadan gələn avtomobillər ilə toqquşma baş verə bilər.

Odur ki, sürücülərə tövsiyə olunur ki, belə hallarda diqqətli olsunlar. Çünki digər avtomobil sizi hətta arxadan vursa belə günah sizdə olacaq.

Oxşar xəbərlər
OTACI