Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Moldovanın Azərbaycandakı səfiri geri çağırılıb

05 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Moldova hökuməti Xarici İşlər Nazirliyinin Baş katibi Yevgeni Revenko tərəfindən təqdim olunan və bir neçə səfirin geri çağırılmasını nəzərdə tutan qətnamə layihələrini təsdiqləyib.

Səfirlərin geri çağırıldığı ölkələr arasında Azərbaycan da var.

Belə ki, Movdova hökumətinin qərarı əsasında Respublikanın Azərbaycandakı səfiri Georgi Leuka Kişineuya qayıdacaq. 

Moldovanın Azərbaycandakı səfirliyindən bu xəbəri təsdiqləyiblər.

Eyni zamanda Moldovanın Portuqaliyadakı səfiri Dumitru Sokolan və Estoniyadakı səfiri İnqa İonese də geri çağırılıb. 

Moldova mətbuatında qeyd olunub ki, G.Leuka və D.Sokolan dövlət katibi funksiyalarını yerinə yetirmək üçün Kişineuya qayıdır. Onların namizədlikləri hökumətin iclasında təsdiqlənib.

Report

Oxşar xəbərlər
OTACI