Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yevda Abramovun oğlu: “Atamın vəfatı barədə məlumatlar yalandır”

03 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Oğlu Sasson Abramov Mərkəzi Klinik Xəstəxanada müalicə alan atası, Milli Məclisin İnsan hüquqları Komitəsinin sədrinin müavini Yevda Abramovun vəfat etməsi barədə xəbərləri təkzib edib.

Press.az xəbər verir ki, o, APA-ya bildirib ki, atası hazırda xəstəxananın reanimasiya şöbəsindədir, müalicəsi davam etdirilir: “Vəziyyəti bir qədər gərginləşmişdi, hazırda reanimasiyadadır. Allaha şükür, vəziyyəti yavaş-yavaş stabilləşir”.

Mərkəzi Klinik Xəstəxanadan da APA -ya bildirilib ki, Y.Abramovun vəfat etməsi barədə məlumatlar əsassızdır.

Oxşar xəbərlər
OTACI