Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DYP təcili yardıma yazılmış protokola xitam verdi - RƏSMİ AÇIQLAMA

03 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Paytaxtın Xətai rayonu, Gəncə prospektində hərəkət edən operativ nəqliyyat vasitəsi cərimələnməsi barədə mətbuatda məlumat yayılıb. Xəbərə görə, sosial şəbəkədə yayılan protokola əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilib.

Belə ki, 90 JD 726 dövlət nömrə nişanlı “Mercedes Benz” markalı təcili tibbi yardım maşını İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimələnib.

DİN-in Baş DYP İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Avtosfer.az-a bildirib ki, “Mercedes” markalı, 90 JD 726 dövlət qeydiyyat nişanlı, təcili tibbi yardım nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qayda pozuntusuna yol verdiyi üçün barəsində xüsusi texniki vasitələrin köməyi ilə elektron qərar çıxarılıb. 

Lakin, araşdırma zamanı həmin qayda pozuntusunun operativ nəqliyyat vasitəsinin sürücüsü tərəfindən xidməti zərurətlə əlaqədar törədildiyi müəyyən edildiyi üçün həmin qərar üzrə inzibati icraata xitam veriib. 

Oxşar xəbərlər
OTACI