Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tərtərdə kişini keçmiş arvadı ölümlə hədələdi, yeni doğulan uşağı isə müəmmalı öldü

03 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tərtər rayonunda kişi keçmiş arvadı tərəfindən ölümlə hədələnib.

Press.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə Tərtər rayonu, Babək küçəsi ev 35-də yaşayan, 1991-ci il təvəllüdlü Həşimov Elşən İman oğlu məlumat verib.

O bildirib ki, keçmiş həyat yoldaşı Mehdiyeva Səbinə Oqtay qızı və ailə üzvləri ona zəng edərək öldürəcəkləri ilə hədələyirlər. S.Mehdiyeva həmçinin E.Həşimovun yeni doğulmuş uşağını ona göstərməyəcəyini bildirib. Sonradan məlum olub ki, E.Həşimovun yeni doğulmuş uşağı dekabrın 2-də Tərtər rayon Xəstəxanasında ölüb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI