Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Lavrov: "Bakı və Moskva arasındakı hərbi əməkdaşlıq regiondakı qüvvələr balansı nəzərə alınmaqla aparılır"

03 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Hərbi-texniki əməkdaşlıq Moskva və Bakı arasındakı strateji tərəfdaşlığın vacib sahələrindən biridir".

Press.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycana silah satılması ilə bağlı Ermənistanın KTMT ölkələrinə qarşı iddialarına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Rusiya hərbi-texniki əməkdaşlığı beynəlxalq hüquq normalarına tam uyğun şəkildə inkişaf etdirir, regiondakı qüvvələr balansını və sabitliyin qorunmasının əhəmiyyətini nəzərə almaqla aparır.

S.Lavrov yeni sazişin bağlanacağını istisna etməyib: "Müəyyən fikirlər var".

Oxşar xəbərlər
OTACI