Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Magistraturaya qəbul prosesinin sadələşdirilməsi ilə bağlı təkliflər hazırlanıb

03 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Perspektivli gənclərin elmə daha aktiv cəlb edilməsi məqsədilə magistraturaya qəbul prosesinin sadələşdirilməsi və əksər ixtisaslar üzrə qəbulun birmərhələli keçirilməsi ilə bağlı təkliflər hazırlanıb.

Press.az
-ın məlumatına görə, bunu Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransının açılış mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, magistraturaya qəbul prosesinin sadələşdirilməsi və əksər ixtisaslar üzrə qəbulun birmərhələli keçirilməsi, eləcə də bu səviyyədə qəbul zamanı müvafiq ixtisaslar üzrə tələbə qəbulunun sayı ilə bağlı məhdudiyyətin aradan qaldırılması ilə bağlı ali təhsil müəssisələri ilə müzakirələrin aparılması yekunlaşıb.

Nazir əlavə edib ki, hazırlanmış təkliflər aidiyyəti dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Oxşar xəbərlər
OTACI