Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı-Sumqayıt yolu bağlanıb: Yoldakı nişan belə deyir - VİDEO

02 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqaməti olan hissəsində (Ekologiya Postunun qarşısında) müvəqqəti yol nişanları quraşdırılıb.

Press.az Avtosfer.az-a istinadən xəbər verir ki, təmir gedən ərazidə qanunauyğun olmayan nişanlar sürücüləri çaşdırır. Belə ki, yolun hərəkət hissəsində olan  maneənin qarşısına 4.2.2 nişanı (maneəni soldan keçmə nişanı) quraşdırmaq əvəzinə,  4.1.3 nişanı (Sola məcburedici nişan) quraşdırılıb. Hazırda mövcud olan 4.1.3 nişanı sürücülərin düzünə-Sumqayıt istiqamətinə getməsinə icazə vermir.

Qeyd edək ki, həmin ərazidə olan sürət nişanları barədə də Avtosfer.az saytında məlumat dərc edilmişdi. Lakin hələ də həmin təhlükə yaradan nişanlar ərazidən götürülməyib.

Oxşar xəbərlər
OTACI