Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Balaca gimnastımız Mina Abbasova 1 ayda 4-cü medalını qazandı - FOTOLAR

02 Dec 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

29 noyabr-1dekabr tarixlərində Macarıstanın Budapeşt şəhərində Bədii Gimnastika üzrə​ X ənənəvi beynəlxalq “Yeni il” kuboku uğrunda yarışlar keçirilib. Turnirlərdə Macarıstanla yanaşı, İtaliya, Kipr, İsrail, Ukrayna, Slovakiya, Çexiya, Latviya, Rusiya, Gürcüstan, Xorvatiya, İrlandiya və Azərbaycanın​ 21 klubundan 400-ə yaxın gimnast iştirak edib.

Press.az xəbər verir ki, artıq yalnız qələbələrinə adət etdiyimiz​ həmyerlimiz on​ yaşlı Mina​ Abbasova bu dəfə də​ üçrəngli bayrağımızı zirvəyə qaldıraraq 2010-cu il təvəllüdlü gimnastlar arasında birinciliyi əldə edib və noyabr ayı ərzində​ 4-cü medalını - ümumilikdə isə 39-cu medalını (15 qızıl, 20 gümüş, 4 bürünc)​ qazanıb. ​

Balaca Minadan başqa Azərbaycanı bu yarışlarda "Gym kids" klubu da təmsil edib. Öz uğurlu çıxışları ilə müxtəlif yaş qruplarından olan​ gimnastlarımız - Əlizadə Fatimə (2012), Aybəniz​ Qafarova (2014), Samirə Rzayeva​ (2014), Daniela Səfarova (2010) 1-ci yerlərə, Məryəm Novruzova (2013), Məryəm Baloğlanova (2012) və Alina Həşimova​ (2010) 2-ci yerlərə sahib olublar.​ ​

Xatırladaq ki, Mina Abbasova valideynlərinin müvəqqəti yaşadığı ölkədə -​ Macarıstanda 5 yaşından etibarən "Rus RG" sport klubunun üzvüdür və orada gimnastika ilə peşəkar səviyyədə məşğul olur. Tətil günlərində Bakıya​ gələn​ Mina məhz "Gym kids" klubunda məşqlərini davam etdirir. Ona görə də bu klubdakı yaşıdlarının​ Macarıstanda qazandığı uğurlar Minanı hədsiz sevindirir.

Biz də sənin sevincinə qoşuluruq, Mina!​ Qoy, Azərbaycan adına qələbələr gətirən övladlarımız hər zaman çox olsun!

Uğurlar, Mina!

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI