Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan əsgərinin həlak olması növbəti dezinformasiyadır - RƏSMİ

30 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan mətbuatının guya cəbhənin Ağdam istiqamətində Azərbaycan Ordusunun Həşimov Səbuhi Səttarxan oğlu adında hərbi qulluqçusunun həlak olması barədə yaydığı məlumat növbəti dezinformasiyadır.

Press.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirıliyinin mətbuat xidmətindən bildiriblər:

"Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu cəbhədə itki verməyib və ümumiyyətlə bu ad və soyadda hərbi qulluqçumuz yoxdur. Son günlər cəbhə xəttindəki vəziyyətlə bağlı Ermənistan tərəfi bir neçə dəfə yalan məlumat yaymaqla gələcək təxribatları üçün zəmin yaratmaq niyyətindədir. Qarşı tərəfi bu kimi addımlardan çəkinməyə çağırır və düşməni onun istənilən fəaliyyətinin qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alınacağı barədə xəbərdar edirik".

Oxşar xəbərlər
OTACI