logo
First slide

Bəxtiyar qələbə qazandı

29 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Bəxtiyar Abbasov növbəti qələbəsini qazanıb.

Press.az xəbər verir ki, 33 yaşlı idmançımız “UAE Warriors9” çərçivəsində uğur əldə edib. O, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə təşkil olunan nüfuzlu yarışda Belarus təmsilçisi İqor Litoşiklə üz-üzə gəlib. Orta çəki dərəcəsində çıxış edən Bəxtiyar döyüşü qələbə ilə başa vurub.

“Mubadala Arena”dakı döyüş Abbasovun peşəkar karyerasında keçirdiyi 23-cü qarşılaşma olub. O, özünün 18-ci qələbəsini bayram edib.

Oxşar xəbərlər