Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı başa çatdı

29 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Noyabrın 23-28-də Gürcüstanın paytaxtı Tbilisidə 16 yaşadək qızlar arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçirilib.

Yarışda Gürcüstan, Latviya, Rusiya, Ukrayna və Azərbaycan milliləri A qrupunda, Belarus, Estoniya, Latviya, Polşa komandaları B qrupunda komandaları mübarizə aparıblar.

AVRO-2020-yə seçmə statusu da daşıyan çempionat Rusiya voleybolçularının qələbəsi ilə yekunlaşıb. Qrup mərhələsində maksimum nəticə göstərən şimal qonşularımız həlledici finalda Polşadan güclü olublar 3:0 (25:16, 27:25, 25:06). Bu qələbə onlara AVRO-2020-də iştirak hüququ da verib. Üçüncü yer uğrunda matçda isə Ukrayna və Belarus üz-üzə gəlib. Daha güclü olan Belarus millisi 3:2 (24:26, 12:25, 25:18, 25:19, 15:08) hesabı ilə qələbə qazanaraq bürünc medala yiyələnib.

Qeyd edək ki, çempionatda Azərbaycan millisi də mübarizə aparıb. A qrupunda oynayan komandamız Rusiya, Ukrayna, Latviya və Gürcüstanla qüvvəsini sınayıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI