Prezident İlham Əliyev Eldar Nuriyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Press.az-ın məlumatına görə, sərəncamla Eldar Qasım oğlu Nuriyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.