Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İran Naxçıvana vizanı ləğv etdi

27 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İrandan Naxçıvan Muxtar Respublikasına səfər edən ölkə vətəndaşları üçün viza rejimi ləğv edilir. 

Bu barədə Press.Az İran KİV-ə istinadən xəbər verir. 

Məlumata görə, bu ilin dekabrın 1-dən etibarən İran vətəndaşları Naxçıvan ərazisinə vizasız daxil ola və 15 gün qala biləcəklər.

Qeyd edək ki, bu ilin oktyabr ayında Culfa, Şahtaxtı, Sədərək sərhəd keçid məntəqələrində, Naxçıvan dəmiryolu stansiyası və Naxçıvan Beynəlxalq hava limanında İran vətəndaşları üçün 15 gün müddətli birdəfəlik viza rüsumunun məbləği 5 avroya (9.34 manat) endirilmişdi.

Bundan əvvəl isə İran vətəndaşları 15 gün müddətli 10 avro rüsumlu birdəfəlik giriş icazəsi alaraq muxtar respublika ərazisinə daxil ola bilirdilər.

Oxşar xəbərlər
OTACI