Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“ƏSA” Teatrı yeni premyeraya hazırlaşır - FOTOLAR

27 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İnklüziv “ƏSA” Teatrı dekabr ayında növbəti tamaşanın premyerasını təqdim edəcək.

Press.az xəbər verir ki, bu barədə məlumatı teatrın baş meneceri Nicat Qulam verib.

Onun sözlərinə görə, hazırda teatrın bütün heyəti yeni tamaşanın üzərində işləyir. “Dekabr ayında premyerasını planlaşdırdığımız tamaşanın üzərində işləyirik. Bu dəfə dünya klassikasından J.B.Molyerin “Xəsis” əsərinə müraciət etmişik. Əsərin motivləri əsasında quruluş verilən tamaşanın adı “And” olacaq. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə klassik əsər əsasında modern tamaşa hazırlayır. Əminliklə bildirirəm ki, teatrımızın repertuarına daxil olan “And” tamaşası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanacaq”.

Tamaşada rolları Elşən Əsgərov, Səmayə Ağayarova, Rafael Şahbəyli, Könül Şahbazova, Elsevər Rəhimov, Aysel Feziyeva, İmran Lalayev, Cəmilə Məmmədli, Elvin Mirzəyev, Günay Məmmədova, Orxan Əliyev, Bəhram Rəhimli, Fərid Əliyev və Rəsul Zəkiyev ifa edəcək.

Baş menecerin bildirdiyinə görə, tamaşanın premyera tarixi tezliklə dəqiqləşəcək. Bu barədə tamaşaçılara ətraflı məlumat veriləcək.

Qeyd edək ki, “And” tamaşası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə hazırlanır.

Xatırladaq ki, 4-cü teatr mövsümünü yaşayan inklüziv “ƏSA” Teatrı yarandığı vaxtdan bu günədək dünya və Azərbaycan ədəbiyyatının ən parlaq əsərlərini səhnələşdirib. Teatr 2018-ci ildə “Cümhuriyyət İli” və 2019-cu ildə isə “Nəsimi ili”nə öz töhfəsini verərək, ictimaiyyət nümayəndələri və sıravi tamaşaçıların rəğbətlə qarşıladığı premyera nümayişləri edib.

Oxşar xəbərlər
OTACI