logo
First slide

Müdafiə Nazirliyi: “Ermənistan tərəfinin yaydığı məlumat əsassızdır”

26 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ermənistan tərəfinin guya Azərbaycan Ordusu bölmələrinin cəbhənin Ağdərə istiqamətində təxribat törətmək cəhdi barədə yaydığı məlumat yalandır, əsası yoxdur və dezinformasiya xarakteri daşıyır”.

Press.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib.

“Görünür son zamanlar cəbhə xəttində mövcud sabit vəziyyət Ermənistanın hərbi-siyasi rəhbərliyini qane etmir və bu cür məlumatları yaymaqla erməni xalqının diqqətini öz ölkəsində mövcud olan problemlərdən yayındırmağa çalışır.

Digər tərəfdən isə həmişə olduğu kimi Azərbaycan əsgərinin xofu düşməni daim qorxu içində saxlayır”.

Oxşar xəbərlər