Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rusiyada döyüşçü robot qrupları yaradıla bilər

23 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyada 2025-ci ilə qədər döyüş tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik olan çoxfunksiyalı robotlardan ibarət qruplaşmalar yaradıla bilər. 

Press.az xəbər verir ki, bu barədə RİA Novosti müdafiə-sənaye kompleksindəki mənbəyə istinadən xəbər verir.

Bildirilir ki, qruplaşmaların formalaşdırılmasına 2020-ci ildən başlanıla bilər. 

"Biz 2025-ci ilə qədər bu məsələni fundamental və təcrübi-konstruktor baxımından həll etməliyik”, - məlumatda deyilir.

Qeyd edilir ki, qruplaşmaların sonra silahlı qüvvələr sisteminə inteqrasiyası planlaşdırılır.

Oxşar xəbərlər
OTACI