Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Rektor bu gün də tələbələrə baş çəkib

22 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünən Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbə qızların vəziyyəti ağır-stabil qiymətləndirilir. 

Səhiyyə Nazirliyindən Press.az-a daxil olan məlumata görə, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən 2 tələbə -  Həmidə İbadova və Dürrubə Quliyevanın müalicəsi stasionar şəraitdə davam etdirilir.

Xatırladaq ki, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər ağır vəziyyətdə xəstəxanaya daxil olub.

Tələbələrin zəhərlənmə səbəbi hələlik məlum deyil.

Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Oxşar xəbərlər
OTACI