Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda 120 min manatlıq qara mərmərdən baş daşı qoyublar - VİDEO

22 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bu işin içində 200-300 manat başa düşüləndir. Biz ondan danışırıq ki, 20 min, 30 min, 50 min manatlıq, bir yerdə öyrənmişəm ki, 120 min manatlıq qara mərmərdən baş daşı qoyurlar".

Bu sözləri İTV-də yayımlanan "Sabaha saxlamayaq" verlişində etnoqraf Təvəkkül Səlimov bildirib. 

O, həmçinin əvvələr insanları son mənzilə yola salarkən qonşuların, yaxınların təmənnasız köməyini və torpağın pulsuz olduğunu vurğulayıb:

"Elə bir mövzu qoyulub ki, illər əvvəl də bu aktual idi, indi də aktualdır, gələcəkdə də belə olıacaq. Xoş o insanın halına ki, ona qəbir evi qismət olur. Uzun illər əvvəl qəbiristanlıqlarda qəbirlər pulsuz olub. Bu savaş iş sayılıb. Qonşular, qohumlar və dostlar yığışardı, rəhmətə gedənin qəbrini qazar, əl tutardılar, daşını qoyardılar, hamısı da havayı olardı. 

Əlbəttə 200-300 manat civarında rəhmətə gedənin qəbrini düzəltdirmək təbiidir və qəbulolunandır. Qəbiri düzəldən adam ustadır. O, da orda işləyir, daş alınır, sement istifadə olunur, usta bu yolla dolanır, balasına çörək aparır. Bu işin içində 200-300 manat başa düşüləndir. Biz ondan danışırıq ki, 20 min, 30 min, 50 min manatlıq, bir yerdə öyrənmişəm ki, 120 min manatlıq qara mərmərdən baş daşı qoyurlar. Biz bunun əleyhinəyik, bu meşşanlıqdan o yanadır".

Oxşar xəbərlər
OTACI