Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Tələbələrin vəziyyəti normaldır, onlar oxumaq üçün kitab istəyiblər - BDU-dan AÇIQLAMA

22 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bakı Dövlət Universitetinin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən tələbələrinin vəziyyəti normaldır".

Press.az-ın xəbərinə görə, bu barədə BDU-nun Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovanın yaydığı açıqlamada deyilib.

O bildirib ki, bu gün səhər universitetin rektoru və müşaviri xəstəxanada tələbələrin yanında olublar: "Tələbələr özlərini yaxşı hiss edir, gəzir, yemək yeyirlər. Onlar həkimlərin tam nəzarəti altındadırlar. Yaxın günlərdə evə buraxılacaqlar. Hətta onlar oxumaq üçün kitab istəyiblər. Tələbələrimizə şəfa diləyir və tezliklə sağalmalarını arzulayırıq".

Oxşar xəbərlər
OTACI