Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabunçu polisi avtomobil qaçıran şəxsi saxlayıb

22 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sabunçu polisi avtomobil qaçıran şəxsi saxlayıb

Press.Az
xəbər verir ki, Sabunçu RP 12-ci polis şöbəsinə müraciət edən Ramana qəsəbə sakini Ə.Qasımov, noyabrın 8-nə keçən gecə “QAZ-31029” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlandığını bildirib.

DİN Təhlükəsiz Şəhər Xidməti, Bakı şəhər BPİ DYPİ və 12-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən dövlət qeydiyyat nişanlarının noyabrın 17-də Nərimanov rayonu, Xətai prospektində “VAZ-2106” markalı avtomobilin üzərində olması müəyyən edilib və görülmüş tədbirlərlə
həmin avtomobili idarə edən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Musayev nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.

Araşdırma zamanı, onun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin Bakı şəhər sakini F.Ağametova məxsus olması və noyabrın 7-nə keçən gecə Xətai rayonu ərazisindən qaçırılması məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI