Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda baş verən zəncirvari qəzada 7 avtomobil əzilib

22 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Ziya Bünyadov prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Nissan” markalı minik avtomobili metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkətdə olan zaman eyni istiqamətdə olan “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Havanın yağışlı və yolların sürüşkən olması səbəbindən eyni istiqamətdə hərəkət edən digər 5 avtomobil qəzaya uğrayan nəqliyyat vasitələrinə çırpılıb. Qəza nəticəsində iki nəfər xəsarət alıb.

Baş vermiş yol qəzası ilə əlaqədar yolun hərəkətində sıxlıq yaranıb. 

Report

Oxşar xəbərlər
OTACI