logo
First slide

Mariya Zaxarova: “Məcburi köçkünlər və qaçqınlar öz doğma torpaqlarına qayıtmaq hüququ əldə etməlidirlər”

21 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Məcburi köçkünlərin və qaçqınların öz doğma torpaqlarına qayıtmaq hüququ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin ayrılmaz və məcburi hissəsidir”. 

Press.az xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Vestnik Kavkaza” dərgisinin ünvanladığı suala cavab verərkən bildirib. 

Mariya Zaxarova həmçinin qeyd edib ki, danışıqlar prosesi və onun formatı elə məsələdir ki, bunu tərəflər özləri müəyyənləşdirməlidirlər.

“Tərəflər iştirakçılarla bağlı razılıq əldə edib və hazırda danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində aparılır.

İki ölkə arasında razılıq əldə olunarsa, Rusiya XİN olaraq biz bunu dəstəkləyəcəyik. Bir daha vurğulayım, biz iki ölkə arasında əldə olunacaq razılaşmaları dəstəkləyəcəyik”, - deyə Mariya Zaxarova bildirib. 

Oxşar xəbərlər