Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sabunçuda işığın kəsilməsinin səbəbi açıqlandı

21 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Noyabrın 20-si axşam saatlarında bir çox sosial şəbəkə istifadəçisi yaşadıqları ərazidə elektrik enerjisinin verilişində fasilə yarandığından narazılıqlarını bildiriblər. Əksəriyyət “hava soyuyan kimi işıqları kəsdilər” şərhilə elektrik enerjisinin verilişində fasilə yaranan ərazilərin fotolarını ictimailəşdiriblər.

Press.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev bildirib ki, bu hal Sabunçu rayonu II Mədən adlanan ərazisində qeydə alınıb:

“Ərazidə hansısa qurum tərəfindən aparılan qazıntı işləri zamanı ekskavator yeraltı kabel xətlərini zədələmişdi. Yəni elektrik enerjisində yaranan fasilə sırf texniki səbəblərdən baş varib. Gecə saatlarında əməkdaşlarımız problemi aradan qaldırıb və enerji verilişi bərpa edilib”.

T.Mustafayevin sözlərinə görə, hazırda hər hansı ərazidə elektrik enerjisinin verilişində problem yoxdur.

Oxşar xəbərlər
OTACI