Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Uşaqların gözünü yollarda qoymayaq! - İbrətli - VİDEO

21 Nov 2019 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyada çəkilən sosial çarx izləyənləri göz yaşlarına boğub.

Press.az Avtosfer.az-a istinaən xəbər verir ki, yük avtomobilinin sürücüsü sükan arxasında telefonla görüntülü qızı ilə danışır. Sürətli maşını idarə edən sürücü təhlükəsizlik kəməri də taxmır. Qarşıda onu yol polisi saxlayır. İnsoektor ona irad bildirirərək bir neçə gün əvvəl baş verən qəzanı xatırladır. Sürücü isə övladının doğum günü olduğunu və tələsdiyini bildirir. İnspektor sürücüdən telefonu alaraq onun qızına zəng edir. Atasının təhlükəsizlik kəməri taxmadığını və sükan arxasında telefonla danışdığını deyərək ondan atasına bu barədə xəbərdarlıq etməsini istəyir. Həmçinin onun doğum gününü təbrik edir. Uşaq isə atasına tələsməməsini və kəmər taxmasını deyir. Əks halda ad günü tortundan məhrum olacağını bildirir.

Əziz sürücülər! Evdə xəstəmiz ola bilər. Amma biz tələssək həmin xəstənin yanına ya yaralı halda, yaxud tabutda gedə bilərik. Övladımızın doğum gününə tələsərkən onu ümumiyyətlə görməkdən məhrum ola bilərik. Odur ki, övladlarımızın gözünü yollarda qoymayaq!

Oxşar xəbərlər
OTACI